525.Az

İki general vəzifədən uzaqlaşdırıldı


 

İki general vəzifədən uzaqlaşdırıldı<b style="color:red"></b> Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər. M. Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F. Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
 
Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.
 
Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.
 





24.10.2013    çap et  çap et