525.Az

Naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edildi


 

Naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edildi<b style="color:red"></b>

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.

Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.

 





22.09.2019    çap et  çap et