525.Az

"IAEA-nın konfransını ölkəmizdə təşkil etməkdən böyük məmnunluq hissi duyuruq"


 

"IAEA-nın konfransını ölkəmizdə təşkil etməkdən böyük məmnunluq hissi duyuruq"<b style="color:red"></b>

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İAEA: İnternational Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu konfrans "Qiymətləndirmə və Qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunacaq. Bu, Dövlət İmtahan Mərkəzinin qərarvericilər arasında əsaslandırılmış qərarların qəbul edilməsində mənbə kimi təhsilin qiymətləndirilməsini təşviq etmək missiyası ilə uyğunluq təşkil edir.

Həmçinin, təhsilin inkişafı üzrə vasitəçilər kimi daşıdığımız sosial məsuliyyəti daha qabarıq şəkildə diqqətə çatdırır:

"Bu konfrans vasitəsilə tədqiqatçılara və mütəxəssislərə hazırkı proseslərlə bağlı öz araşdırmalarını və gəldikləri nəticələri bölüşmək imkanı yaratmaq, eləcə də qiymətləndirmə və qərarvermədə yeni trendlərin yaradılması perspektivlərini nəzərdən keçirmək niyyətindəyik. Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İAEA) ilə tərəfdaşlığımızın ötən əsrdə - 1999-cu ildə başlayan uzun tarixi vardır! Biz, eyni zamanda, İAEA konfransının sponsorları ilə tərəfdaşlığımıza dəyər veririk və İAEA ailəsinin digər üzvləri ilə də belə əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Bu, İAEA çərçivəsində keçirilən ikinci beynəlxalq konfransımızdır və əsas məqsədimiz builki tədbiri birgə tədqiqat təşəbbüsləri və layihələr silsiləsinə qədər genişləndirməklə beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirməkdir. Ümid edirəm ki, bu konfrans bütün nümayəndələrə öz millətlərinin və ümumilikdə təhsilin inkişafı naminə bir-birlərindən öyrənməyə kömək edəcəkdir. Biz maraqlı gündəlik və mədəni proqramlar hazırlamışıq. Əminəm ki, yaddaşınızda Azərbaycanla bağlı olduqca xoş xatirələr qalacaq".

S.QARAYEVA

 





22.09.2019    çap et  çap et