525.Az
Orxan Zeynalovu ələ verən mükafatlandırıldı
Rusiyanın Moskva üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri Anatoli Yakunin azərbaycanlı Orxan Zeynalovun ələ keçirilməsində köməyi qarşılığında 1 milyon rubl mükafat verib.
Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, mükafatın kimə ödənildiyi açıqlanmır.
Daha öncə O. Zeynalovun yaşadığı mənzilin sahibinin 1 milyon rublla mükafatlandırılacağı bildirilirdi. Habelə, mətbuatda O. Zeynalovun tutulmasına öz qohumlarının kömək göstərdiyi yazılmışdı.
25.10.2013
çap et