525.Az

İranlı Mühacirlər Cəmiyyəti Qazaxda dəyirmi masa keçirdi - Foto


 

İranlı Mühacirlər Cəmiyyəti Qazaxda dəyirmi masa keçirdi - <b style="color:red">Foto </b>

Sentyabrın 20-də Qazax Rayon Mədəniyyət Mərkəzində “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” mövzusunda 2-ci regional dəyirmi masası keçirib.

Tədbirdə Qazax və Ağstafa rayonunda yaşayan iranlı mühacirlər, onların ailə üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ulu Öndərimiz Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib,  önünə  çələng qoyan birlik rəhbərliyi Qazax Rayon İcra Hakimiyyətin Başçısı Rəcəb Babaşov tərəfindən qəbul olunub. 

Söhbət əsnasında məlumat verilib ki, layihə çərçivəsində düzənlənən tədbirlərdə iranlı mühacirlərə göstərilən hərtərəfli qayğı ənənələrini layiqincə davam etdirən bölgələrin rəhbərlərinə təşəkkür əlaməti kimi cəmiyyətin fəxri diplomu təqdim olunub.

Tədbiri Qazax RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov açıb.

O, layihə çərçivəsində reallaşdırılan dəyirmi masanı mühüm əhəmiyyətə malik tədbir adlandırıb.

“Cəmiyyətimiz ona görə bu mövzunu seçib ki, mühacirət müasir dünyamızın kəskin problemləri sırasında yer tutmaqdadır. Təəssüf ki, həmin konteksdə obyektiv mövqe tutmayanlara da rast gəlirik. Onlar  Azərbaycan Respublikasının ünvanına əsasız ittihamlar irəli sürür, insan hüquqları müstəvisində ittihamlar yağdırırlar. Bizim təşkilatımızın timsalında gətirəcəyimiz misallardan da görəcəksiniz ki, sıralarında olduğumuz İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli kimi belələri üçün gör-götür nümunəsidir” – Əməkdar jurnalist Rəhim Hüseynzadə deyib.

Sonra Firidun İbrahimi sədri olduğu 72 yaşlı təşkilatın tarixi, strukturu, fəaliyyət isatiqamətləri barədə ətraflı məlumat verib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, layihənin ictimai eksperti Səməd Bayramzadə Azərbaycan Respublikasına olan mühacirətin 6 müxtəlif mərhələsinin təhlilini verib.

Tarixçi alim bu mərhələlərdə Ümummilli Liderimiz  Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dönəminin daha parlaq uğurlarla yadda qaldığını vurğulayıb.  

Layihənin ekspertləri - Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və “20 Yanvar” İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Nizami Rzaşüvari çıxışlarında iranlı mühacirlərin təhsil, elm, mədəniyyət, incəsənət, quruculuq işləri və digər sahələrdə qazandıqları naliyyətlərin, layiq görüldükləri təltiflərin, mənzillə təminatı, sağlamlıqlarının qorunması, digər qayğılarının, problemlərinin həlli sahəsində görülən işlərin, Azərbaycanın ərazi bütövlüyünün qorunması sahəsindəki bəşəri igidliklərin İMC-nin mühacirətin dünyəvi Azərbaycan modeli adlandırlması üçün ciddi əsaslar verdiyini dilə gətiriblər.

Ötən əsrin 80-ci illərinin mühacirlərindən olan birliyin İdarə Heyətinin üzvü Murtuza Nizam oğlu, sədr müavini İsmayıl Abdullahi Qazax rayonundakı mühacirlərlə çoxillik əlaqələri barədə xatirlərini danışıblar. 

Dəyirmi masada Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax regional təşkilatının sədri Barat Vüsal, şəhid anası Tamella Süleymanova və başqaları çıxış edərək bu sahədəki əsas problemlərə diqqət çəkiblər.

 





23.09.2019    çap et  çap et