525.Az

Ölkədə neçə dini mağaza fəaliyyət göstərir?


 

Ölkədə neçə dini mağaza fəaliyyət göstərir? <b style="color:red"></b>

“Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı 100-dən çoxdur”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir:

“Nəzarət markası tətbiq edilən dini ədəbiyyatların satışı isə yalnız ixtisaslaşmış satış məntəqələrində həyata keçirilir”. 

N. Məmmədov qeyd edib ki, Azərbaycanda 42 ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir:

"Bu gün Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı isə 100-dən çoxdur və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxaran amillərdən biridir".

 





23.09.2019    çap et  çap et