525.Az

Anjelina məktəbə başladı - Fotolar


 

Anjelina məktəbə başladı - <b style="color:red">Fotolar</b>

Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb olunub.

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib.

Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq:

“Anjelinanı təbrik edir, təhsil uğurları arzulayırıq! Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur. Hər birimizə uğurlar, əziz dostlar”.

S.QARAYEVA





Anjelina məktəbə başladı

 





23.09.2019    çap et  çap et