525.Az

Zelenski impiçment haqda qanunu imzaladı


 

Zelenski impiçment haqda qanunu imzaladı <b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” qanunu imzalayıb.

APA-nın məlumatına görə bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.

Qanun dövlətə xəyanət və ya digər cinayət törədildiyi təqdirdə, impiçment halında prezidentin səlahiyyətlərinə xitam verilməsi imkanını təmin edir.

Qeyd edək ki, sentyabrın 10-da Ukrayna Ali Radası “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında" (№ 1012) qanun layihəsini təsdiqləyib.

 





23.09.2019    çap et  çap et