525.Az

Oqtay Əsədov qızıl medalla təltif edildi


 

Oqtay Əsədov qızıl medalla təltif edildi <b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov “Türk Akademiyasının qızıl medalı” ilə təltif olunub.

“Report” xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində səfərdədir.

Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasında keçirilmiş tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov Naxçıvan müqaviləsinin 10 illiyi münasibətilə “Türk Akademiyasının qızıl medalı” ilə təltif edilmişdir. Mərasimdə Milli Məclisin Sədri çıxış edərək təltiflə əlaqədar öz ürək sözlərini bölüşüb.

Sentyabrın 24-də Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransının açılış mərasimindən sonra konfrans işə başlayacaq.

 





23.09.2019    çap et  çap et