525.Az

“Traviata” operasında qırğızıstanlı aktrisa çıxış edəcək


 

“Traviata” operasında qırğızıstanlı aktrisa çıxış edəcək<b style="color:red"></b>

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edəcək.

Tamaşada həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), Xalq artistləri Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil), solist Nina  Makarova (Anina) çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

 





24.09.2019    çap et  çap et