525.Az

Məhkəmə Manvel Qriqoryanı həbsdə saxlayıb


 

Məhkəmə Manvel Qriqoryanı həbsdə saxlayıb<b style="color:red"></b>

Bu gün Yerevan şəhər məhkəməsində Ermənistan müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Amiryanın işi ilə bağlı məhkəmə iclası keçirilib.

APA-nın tert.am-a istinadən verdiyi xəbərə görə, məhkəmə iclasında müttəhimlərin vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsi, M. Qriqoryan və N. Amiryanın girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıblar.

Məhkəmə vəsatəti təmin etməyib, həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən il Ermənistan müdafiə nazirinin sabiq müavini M. Qriqoryan həbs edilib. M. Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilir.

 





24.09.2019    çap et  çap et