525.Az

ICAO-nun 75 illiyi münasibətilə poçt markası buraxıldı


 

ICAO-nun 75 illiyi münasibətilə poçt markası buraxıldı <b style="color:red"></b>

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb.

Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world” (“75 ildir dünyanı birləşdirir”) mətni yerləşdirilib. Markanın üzərində ICAO-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Həmçinin xüsusi xatirə möhürü və 700 ədəd Birinci gün zərfləri də hazırlanıb.

 





24.09.2019    çap et  çap et