525.Az

Birləşmiş Ərəb Əmirlikləri səfiri Qubada


 

Birləşmiş Ərəb Əmirlikləri səfiri Qubada <b style="color:red"></b>

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamil əl-Qubaysi Quba rayonunda səfərdə olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, səfir Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.

Qonağa Quba rayonu haqqında məlumat verilib və ona xatirə hədiyyəsi təqdim olunub. Səfir həmçinin rayonun bir sıra görməli yerləri, istehsal müəssisələri ilə tanış olub.

 





25.09.2019    çap et  çap et