525.Az

Gürcüstan XİN başçısı ATƏT-in baş katibi ilə görüşdü


 

Gürcüstan XİN başçısı ATƏT-in baş katibi ilə görüşdü<b style="color:red"></b>

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici işlər Nazirliyi (XİN) məlumat yayıb. 

Bildirilib ki, tərəflər Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyəti müzakirə ediblər. 

Gürcüstan XİN başçısı T. Qremingerə ATƏT-in Cenevrə Beynəlxalq Müzakirələrdə fəal iştirakına görə təşəkkür edib. Nazir həmsədrlərin yerlərdə vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa əhəmiyyətli dərəcədə töhfə verdiyini qeyd edib.

 





25.09.2019    çap et  çap et