525.Az

Özbəkistan prezidenti Azərbaycana gələcək


 

Özbəkistan prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Azərbaycana səfər edəcək.

APA-nın “Sputnik Özbəkistan” saytına istinadən verdiyi xəbərə görə, Özbəkistan Prezidenti gələn ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, Türk Şurasının 7-ci Zirvə toplantısı oktyabrın 15-də Bakıda keçiriləcək.

 





25.09.2019    çap et  çap et