525.Az

Londonda Azərbaycan məktəbi açılır


 

Londonda Azərbaycan məktəbi açılır<b style="color:red"></b>

Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbi fəaliyyətə başlayacaq.

APA-nın London bürosunun verdiyi xəbərə görə, “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.

Qeyd edək ki, “Bilik” məktəbi Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəblərinin birgə təşəbbüsü ilə yaradılıb. Məktəbin açılışı 6 oktyabrda olacaq. 4 yaşından etibarən uşaqlar məktəbə yazıla biləcək. Dərslər həftənin bazar günü keçiriləcək.

 





26.09.2019    çap et  çap et