525.Az

Əksər demokratlar Zelenski ilə söhbətinə görə Trampın impiçmentini dəstəkləyir


 

Əksər demokratlar Zelenski ilə söhbətinə görə Trampın impiçmentini dəstəkləyir<b style="color:red"></b>

ABŞ-da Nümayəndələr Palatasının əksər demokrat üzvləri ukraynalı həmkarı Vladimir Zelenski ilə söhbətindən sonra ABŞ prezidenti Donald Trampın impiçmentini tələb edib.

APA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, Palatanın 435 üzvündən 218 demokrat üzvü prezidentin impiçmentinin lehinə çıxış ediblər.

Demokratlar rəsmi araşdırma və Trampın mümkün impiçmentini tələb edirlər. İddia olunur ki, Tramp telefon danışığı zamanı Ukraynaya maliyyə dəstəyi qarşılığında ABŞ prezidentliyinə namizəd Co Bayden və onun oğluna qarşı istintaq başlatması üçün Vladimir Zelenskiyə təzyiq göstərib.

 

 





26.09.2019    çap et  çap et