525.Az

Türkiyə, Malayziya və Pakistan islamofobiya ilə mübarizədə ortaq telekanal yaradacaq


 

Türkiyə, Malayziya və Pakistan islamofobiya ilə mübarizədə ortaq telekanal yaradacaq<b style="color:red"></b>

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziya Baş Naziri Mahathir Məhəmməd və Pakistan Baş Naziri İmran Xan arasında üçtərəfli görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Pakistan Baş Naziri “Twitter” hesabında bildirib.

“Üçtərəfli görüşün nəticəsi olaraq, islamofobiya meyllərinin yaratdığı çətinliklərlə mübarizə aparmaq, islam dini haqda yanlış təsəvvürləri aradan qaldırmaq üçün ingilis dilində telekanalın yaradılması barədə qərar qəbul edilib”, - İ. Xan vurğulayıb.

Pakistanın Baş Naziri qeyd edib ki, telekanalda müsəlmanların tarixindən bəhs edən film və seriallar nümayiş olunacaq.

 





26.09.2019    çap et  çap et