525.Az

Lavrovdan ABŞ-a "sürpriz" xəbərdarlığı


 

Lavrovdan ABŞ-a "sürpriz" xəbərdarlığı <b style="color:red"></b>

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, S. Lavrov bildirib ki, Moskva ABŞ-ın bu addımına cavab verəcək.

“Cavab olacaq. Tədbirlər hazırlayırıq. Bizi sürpriz etmək imkanından məhrum etməyin”, - deyə S. Lavrov vurğulayıb. 

Qeyd edək ki, ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib.

 





26.09.2019    çap et  çap et