525.Az

İstanbulda güclü zəlzələ: dağıntılar var - Yenilənib


 

İstanbulda güclü zəlzələ: dağıntılar var - <b style="color:red">Yenilənib </b>

Bu gün Türkiyənin İstanbul şəhərində növbəti dəfə zəlzələ olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, zəlzələ saat 13:59-da baş verib.

Avropa Ağdəniz Seysmoloji Mərkəzi zəlzələnin 5,9 bal gücündə, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) 5,8, Qəndil Rəsədxanası isə 5,7 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələnin episentri Mərmərə dənizinin Silivri sahilində 7 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntıların olduğu bildirilir.

*** 12:17

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.

APA-nın yerli bürosunun “CNN-Türk”ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 10:32-də 3,6 bal gücündə qeydə alınan zəlzələnin episentri Mərmərə dənizinin Slivri sahilləri olub.

Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) təkanın yerin 7,78 kilometr dərinliyində baş verdiyini bildirib.

Təbii fəlakət zamanı dağıntı olmayıb.

Qeyd edək ki, sentyabrın 24-də Silivridə 4,6 bal gücündə zəlzələ olmuşdu.

 





26.09.2019    çap et  çap et