525.Az

Peskov: "Putin qlobal təhlükəsizlik və sabitlik üçün səylərini davam etdirir"


 

Peskov: "Putin qlobal təhlükəsizlik və sabitlik üçün səylərini davam etdirir"<b style="color:red"></b>

“Rusiya Prezidenti Vladimir Putinin orta və yaxın mənzilli raketlər haqda müraciəti gərginliyin artmasının qarşısını almağa istiqamətlənib”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

O qeyd edib ki, V. Putinin müraciət məktubu Avropa və Asiyanın əsas ölkələrinə, eləcə də müxtəlif beynəlxalq təşkilatlara göndərilib: “Baxmayaraq ki, Vaşinqtonun günahı ucbatından orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə pozulub. Prezident Putin qlobal təhlükəsizlik və sabitlik üçün səylərini davam etdirir”.

Xatırladaq ki, “Kommersant” Rusiya Prezidentinin bir sıra dövlət başçılarına, o cümlədən NATO-ya üzv ölkələrin dövlət başçılarına Avropada və digər regionlarda orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratorium qoyulması təklifi ilə müraciət ünvanladığını yazıb.

 





26.09.2019    çap et  çap et