525.Az

Səfir: "Bakı türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir"


 

Səfir: "Bakı türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir"<b style="color:red"></b>

Böyük Türk Qurultayı ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı gözəl türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral söyləyib.

“Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyondan çox bir türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”, - E.Özoral belə deyib.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını xatırladan səfir dili və mədəniyyətləri bir, həyata, dünyaya baxışları eyni olan xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib, bizə miras qalmış mənəvi bağların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 





26.09.2019    çap et  çap et