525.Az

Gürcüstan və Rusiya XİN başçıları arasında görüş


 

Gürcüstan və Rusiya XİN başçıları arasında görüş <b style="color:red"></b>

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüş iki ölkə arasındakı diplomatik münasibətlərə vasitəçilik edən İsveçrə tərəfindən təşkil olunub.

Gürcüstan Xarici İşlər naziri D. Zalkaliani bildirib ki, bu sahədə diplomatik addımlar atmaq lazımdır.

“Tərəfdaşlar bu mövqeyi dəstəkləyir. Hesab edirlər ki, dialoqdan istifadə etmək və diplomatik addımlar atmaq lazımdır", - deyə D.Zalkaliani qeyd edib.

Rusiya XİN də D. Zalkaliani və S. Lavrov arasında görüş barədə məlumat yayıb.

 





27.09.2019    çap et  çap et