525.Az

Çin səfiri: "Azərbaycan etibarlı tərəfdaşdır"


 

Çin səfiri: "Azərbaycan etibarlı tərəfdaşdır"<b style="color:red"></b>

“Azərbaycan və Çin arasında qarşılıqlı siyasi inam daha da dərinləşib”.

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı səfiri Quo Min Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, son 70 ildə Çin xalqının və hökumətinin səyləri və əməyi nəticəsində zəif, yoxsul Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan bir ölkəyə çevrilib: “Bu gün Çin beynəlxalq arenada böyük təsirə malik olan ölkələrdən biridir. Çin BMT Nizamnaməsində göstərilən öhdəliklərə və məsuliyyətlərə sadiq qalır”.

Diplomat qeyd edib ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürməklə, qloballaşan dünyada iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verib.

Azərbaycan və Çin arasında əlaqələrə toxunan səfir iki ölkə arasında diplomatik əlaqələrin 27 ilinin tamam olduğunu vurğulayıb. O qeyd edib ki, ölkələr arasında əlaqələr qarşılıqlı hörmət və maraqlara əsaslanır: “Çin və Azərbaycan arasında münasibətlər sağlam və artan xətlə davam edir. Bu gün bu əlaqələr kommunikasiya və əməkdaşlığın modelinə çevrilib. Azərbaycan dost və etibarlı tərəfdaşdır. Ölkələr arasında qarşılıqlı siyasi inam dərinləşib”.

Çin səfiri əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin və görüşlərin önəmli rol oynadığını deyib.

 





27.09.2019    çap et  çap et