525.Az

Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda yürüş


 

Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda yürüş<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyi (KOİCA),KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunun tərəfdaşlığı ilə “İçərişəhər” ərazisində “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda yürüş təşkil olunub.

Tədbir 20-27 sentyabr tarixlərində 150 ölkədə keçirilən “Global Climate Strike” və BMT-nin “Climate Action Summit”  beynəlxalq həftəsinə həsr olunub.

Tədbirin əsas məqsədi uşaq və gənclərinekoloji biliklərinin artırılması, iqlim dəyişikliyi ilə mübarizə,ətraf mühitin problemləri və mühafizəsi, 17 Dayanıqlı İnkişaf Məqsədlərimövzusunda xüsusi bacarıqların formalaşmasından ibarət olub.

Yürüşə Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblərdə fəaliyyət göstərənekoklubların aktiv üzvləri və tədbir qonaqları qatılıblar.

Rəngarəng tədbir zamanı iştirakçılar “İçərişəhər” ərazisində olan sakin və turistlərə ekoloji yaşam tərzini təbliğ edərək, 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat veriblər.

S.QARAYEVA

 





27.09.2019    çap et  çap et