525.Az

Troll şəbəkəsi və şiddətə haqq qazandırmaq


 

Troll şəbəkəsi və şiddətə haqq qazandırmaq<b style="color:red"></b>

Son günlər sosial şəbəkələrdə AXCP-nin troll şəbəkəsini ifşa edən kifayət qədər faktlar yayılıb. Baxmayaraq ki, Əli Kərimli və onun rəhbərlik etdiyi radikallar daim hakimiyyəti troll məsələsində ittiham etməyə çalışırdılar.

Əli Kərimlinin və ətrafının uzun müddətdir manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamlar özlərini belə əməllərdən yayındırmaq məqsədi güddüyünü açıq şəkildə ortaya qoyur. Bir daha aydın olur ki, Kərimli troll şəbəkəsi vasitəsilə öz maraqlarına uyğun sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır.

Məsələn, bir neçə gün əvvəl AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp" qrupuna göndərdiyi səsyazısı da buna bir sübutdur. Səs yazısında qurumun troll şəbəkəsinin köməyi ilə idarə olunduğu etiraf olunur: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə, protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada.

Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız?

... Bəs nə işlə məşğulsuz?! İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz.

Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütfi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?"

AXCP-nin sosial şəbəkələrdə trollarına müxtəlif insanlar rəhbərlik edirlər. Facebook-dakı trolların "rəhbəri" isə Əli Kərimlinin bilavasitə özüdür. Məlum olan isə budur ki, AXCP çoxdan  partiya kimi fəaliyyət göstərmir, siyasi mübarizə aparmır. Kərimlinin rəhbərlik etdiyi radikallar siyasi mübarizə mədəniyyətindən olduqca uzaqdadırlar. Onlar sosial şəbəkələrdə trollar vasitəsilə şər-böhtan, söyüş, təhqir kampaniyaları aparmaqdadırlar.

Əli Kərimli troll şəbəkəsinin ifşasının ardınca daha bir zərbəni qızı Selcan Yağmurun məlum status və video müraciəti ilə gündəmə gələn AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıdan alıb. Fuad Qəhrəmanlının ailəsində baş vermiş hadisə ilə bağlı gedən müzakirələr Əli Kərimli və ətrafının şiddəti və qəddarlığı dəstəklədiyinin göstəricisidr. Kərimli hətta uzun illərdir yol gəldiyi və partiyasında əsas şəxs olan Fuad Qəhrəmanlının ailəsini öz mənafeləri naminə təhqir etdirməkdən  belə çəkinmədi. Onun troll şəbəkəsi F.Qəhrəmanlının qızının, həyat yoldaşının sosial şəbəkələrdəki profillərində ağızlarına gələni yazmaqdan çəkinmədilər. Başqa məqam isə bundan ibarətdir ki, Fuad Qəhrəmanlının ailəsinə tətbiq etdiyi şiddətdən, zorakılığdan xəbərdar olan Əli Kərimli uzun illər susub, hətta ailəyə dözün deyə "məsləhət" də verib. Məqsəd aydındır, adam özünü düşünüb, əvəzində isə bir ailənin qadınlarının əzablarına, döyülmələrinə göz yumub. Amma sonadək çirkin niyyətinə nail ola bilməyib. Çünki 18 yaşlı qız onların bütün simasını aça bildi.  Burdan çıxan nəticə isə ondan ibarətdir ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə, öz yaxınlarını belə qurban verə bilər. Və bu, Kərimlinin tərcümeyi-halında ilk fakt deyl. Dəfələrlə belə hallara şahid olmuşuq. Ona görə də Əli Kərimli "ancaq mənə yaxşı" olsun "prinsipi" ilə uzağa gedə bilməyəcək. Xalq Kərimli və ətrafını yaxşı tanıyır, son olaylar isə bu insanın həqiqi xislətini növbəti dəfə üzə çıxardı.

AZAD

 





27.09.2019    çap et  çap et