“Beyləqan Günərzi Qayğı Mərkəzi”ndə tədbir keçirildi.
Dünən “Beyləqan Günərzi Qayğı Mərkəzi”ndə “Nağıllar qonağımızdır” adlı tədbir keçirilib Tədbirdə Beyləqan rayon 6 saylı bağçanın müəllim və uşaq kollektivi, Beyləqan rayon Uşaq kitabxanası, “Ağcabədi Günərzi Qayğı Mərkəz”i iştirak edib.
Tədbir bir növ uşaqlar arasında ünsiyyətin yaradılması, uşaqlar arasında kitaba marağın aşılanması və layihənin daha ictimailəşdirilməsi məqsədi daşıyırdı. Tədbirə “Ağcabədi Günərzi Qayğı Mərkəzi”nin də dəvət olunması mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Qonaqlarla birgə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Uşaq kitabxanası uşaqlara balacalar üçün kitablar hədiyyə etdi. Qonaqlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuş, gələcək işlərdə uğurlar arzulayıblar.
Tədbir mərkəzin musiqi müəllimi Elmurad Quliyevin təşkil etdiyi balaca musiqiçilərin “musiqi festivalı” ilə davam edib.
çap et