525.Az

Spiker “Təhsil krediti haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb


 

Spiker “Təhsil krediti haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb<b style="color:red"></b>

“Millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin hazırladığı “Təhsil krediti haqqında” qanun layihəsi ancaq parlamentin komitəsində müzakirə olunub, parlamentə gəlib çıxmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker “Təhsil krediti haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb.

Qeyd edək ki, bu gün millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli parlamentdə çıxışları zamanı “Təhsil krediti haqqında” qanun hazırlayaraq parlamentə təqdim etdiklərini bildiriblər və belə bir qanunun qəbulunu vacib saydıqlarını vurğulayıblar.

 





30.09.2019    çap et  çap et