525.Az

Şennak: “Azərbaycana noyabrın sonunda səfər etməyi planlaşdırırıq”


 

Şennak: “Azərbaycana noyabrın sonunda səfər etməyi planlaşdırırıq”<b style="color:red"></b>

“Azərbaycana növbəti səfəri noyabrın sonuna planlaşdırırıq”.

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak APA-nın Avropa bürosuna açıqlamasında deyib: “Səfərin tarixi dəqiq olmasa da, noyabrın sonu Azərbayacana səfər etməyə çalışacağıq”.

O, digər həmməruzəçi, britaniyalı Roger Geylin Azərbaycana səfər edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Hazırda Britaniya parlamentində çətin günlər yaşanır. Bu səbəbdən onun Azərbaycana səfər edib-etməyəcəyi barədə dəqiq heç nə deyə bilmərik. Ancaq ümid edirəm ki, növbəti səfərdə o da mənimlə birgə olacaq”.

Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak iyulun 4-6-da Azərbaycana səfər edib. O, Azərbaycana səfəri ilə bağlı qeydlərini sentyabrın 10-da Parisdə Monitorinq komitəsinə təqdim edib.

 





30.09.2019    çap et  çap et