525.Az

“Rafael Cəbrayılov öz hüququndan istifadə edərək parlamentə müraciət edib”


 

“Rafael Cəbrayılov öz hüququndan istifadə edərək parlamentə müraciət edib”<b style="color:red"></b>

“Rafael Cəbrayılov öz hüququndan istifadə edərək mandatından imtina etməklə bağlı parlamentə müraciət edib”.

Bunu APA-ya Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O qeyd edib ki, millət vəkilinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq: “Bundan sonra isə Rafael Cəbrayılovun mandatından imtina edilməsi ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.

Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin müdiri Rövzət Qasımov isə jurnalistlərə açıqlamasında bildirib ki, R. Cəbrayılovla bağlı müvafiq sənədlər daxil olduqdan sonra, MSK qanunvericiliyə uyğun qərar qəbul edəcək.

Qeyd edək ki, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

 

 





30.09.2019    çap et  çap et