525.Az

Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq


 

Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq<b style="color:red"></b>

Oktyabrın 1-də "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

APA xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Azərbaycanda 10-a qədər Milli Park fəaliyyət göstərir:

"Turizm sahəsində Milki Parkların xüsusi çəkisi var. Azərbaycanın Milli Parkları biolojimüxtəliflik baxımdan zəngin olsa da, turistlər tərəfindən isə məşhur deyil. Müzakirə nəticəsində bu sahəyə aid olan şəxlərin təkliflərini eşidəcəyik. Yaxın zamanda Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq".

H.Əlizadə qeyd edib ki, 5 il əvvələ qədər  Milli Parklara 3 min turist gəlirdisə, bu ilin 8 ayında bu say 75 minə yaxın olub:

"Onlardan 66931 nəfəri yerli, 7286 nəfəri isə xarici turistlərdir", - deyə o əlavə edib.

 





01.10.2019    çap et  çap et