525.Az

Komitə sədri: “Ana ölümü əmsalı aşağı düşüb”


 

Komitə sədri: “Ana ölümü əmsalı aşağı düşüb”<b style="color:red"></b>

“Azərbaycanda ana ölümü əmsalı aşağı düşüb”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26,3-dən 12, 2-ə enib. Körpələr üzrə əmsal isə 11,4-dən 11,1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14,4-dən 13, 1-ə düşüb.

Tahir Budaqov bildirib ki, ölkədə miqrasiya saldosu yüksəkdir, bu rəqəm son 10 ildə 14 min 800 təşkil edir.

 





01.10.2019    çap et  çap et