525.Az

10 min ahıla evlərində sosial xidmət göstərilir


 

10 min ahıla evlərində sosial xidmət göstərilir<b style="color:red"></b>

“Əmək pensiyaları məhz bu gündən – Beynəlxalq Ahıllar Günündən 200 manata çatdırıldı. Bu, 650 mindən çox pensiyaçımızı əhatə edir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Sabunçu rayonu,  Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
 
S. Babayev deyib ki, bu gün nazirliyin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir:

“Pensiya yaşına çatmış şəxslər üçün həm də günərzi qayğı mərkəzlər təsis olunur. Dövlətin bu sahədə siyasəti çoxşaxəlidir və müxtəlif istiqamətdə həyata keçirilir”.

 





01.10.2019    çap et  çap et