525.Az

İlham Əliyev: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"


 

İlham Əliyev: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"<b style="color:red"></b>

"İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".

525.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən deyib.

Dövlət başçısının sözlərinə görə, son illərdə şəhərimizdə çoxlu park salınıb:

"İlk növbədə, bizim ən böyük parkımız bulvar. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb".

Cavid QƏDİR

 





02.10.2019    çap et  çap et