525.Az

Yankauskas: "Aİ-Azərbaycan əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir"


 

Yankauskas: "Aİ-Azərbaycan əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir"<b style="color:red"></b>

"Bizim öhdəliyimiz uşaqlara ən yaxşı təhsili verə bilməkdir. Bunun üçün Avropa ölkələrinin ən yaxşı modelləri axtarılır".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradılır: "Biz ən həssas qrupları müəyyən edirik. İcmalar və valideynlərlə danışıb onları bu işə cəlb edirik ki, layihələrimizi dəstəkləsinlər. Əminliklə deyə bilərik ki, bir ildən sonra təxminən 8000-ə yaxın uşağın məktəbəqədər təhsilə çıxış imkanı olacaq. Onlar digər uşaqlar kimi sosiallaşır və məktəbdə daha yaxşı təhsil almağa hazırlaşırlar".

K. Yankauskas qeyd edib ki, bu layihə Avropa İttifaqının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi 6 layihədən biridir: "Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumlarla həyata keçirilən əməkdaşlıq layihələrinin təxminən 30 faizi məhz təhsillə bağlıdır. Hesab edirik ki, təhsil ən fundamental və vacib məsələdir".

Səfir eyni zamanda bildirib ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığı ən yaxşı əməkdaşlıq nümunəsidir.

 





02.10.2019    çap et  çap et