525.Az

Lavrov ABŞ və İran arasında yüksək səviyyədə görüşü istisna etmir


 

Lavrov ABŞ və İran arasında yüksək səviyyədə görüşü istisna etmir<b style="color:red"></b>

Rusiya XİN-in rəhbəri Sergey Lavrov hansısa mərhələdə ABŞ və İran arasında yüksək səviyyədə görüşün keçirilməsini istisna etməyib, qeyd edib ki, Moskva bu addımı alqışlayacaq.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə S. Lavrov “Valday” klubunun iclasında bildirib.

O qeyd edib ki, ABŞ Administrasiyasının iş üslubu istənilən qərarların qəbul olunmasının və istənilən təmasların mümkünlüyünü göstərir:

“Həyatda hər şey mümkündür. Açıq desək, hansısa mərhələdə ABŞ və iran arasında yüksək səviyyədə görüşün baş tutacağını istisna etmirən. Biz bunu yalnız alqışlayacağıq və əgər Hərtərəfli Birgə Fəaliyyət Planının ətrafında yaranan problemlərə ədalətli baxılsa, buna yalnız şad ola bilərik”.

 





02.10.2019    çap et  çap et