525.Az

Nazir müavini: “Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə maraqlıyıq”


 

Nazir müavini: “Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə maraqlıyıq”<b style="color:red"></b>

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) regionda sülhün bərqərar olmasında rol oynayıb”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Türk Şurası: Naxçıvan Sazişinin 10 illiyi” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Nazir müavini bildirib ki, Türk Şurası regionda sülhün bərqərar olmasında və ümumi maraq doğuran sahələrdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb.

R. Həsənov bundan sonra da Türk Şurasının əməkdaşlıqda hərəkətverici qüvvə olaraq fəaliyyətinə davam edəcəyinə inandığını qeyd edib: “Azərbaycan iki və çoxtərəfli formatda Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqda maraqlıdır. İnanırıq ki, Türk Şurası qarşımızdakı məqsədlərə və hədəflərə nail olmaq üçün güclərin birləşdirilməsinə töhfə verməyə davam edəcək”.

 

 





03.10.2019    çap et  çap et