525.Az

Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir


 

Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir<b style="color:red"></b>

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.

 





03.10.2019    çap et  çap et