525.Az

"Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə çapa təqdim olunacaq


 

"Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə çapa təqdim olunacaq<b style="color:red"></b>

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə çapa təqdim olunacaq”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib.

O qeyd edib ki, yeni qaydalar lüğət formasında işıq üzü görəcək:

“Lüğətdə az sayda sözə dəyişiklik olunub. Bundan başqa, lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-ə yaxın yeni söz əlavə olunub. Lüğət 100 000-ə yaxın sayda çap olunacaq”.

Yeni qaydaların məktəblərdə tədrisi, ictimaiyyətə necə çatdırılması ilə bağlı isə direktor məlumatı olmadığını bildirib.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.

 





03.10.2019    çap et  çap et