525.Az

“Aztəminatlılara pulsuz hüquqi yardımla bağlı vəkillərə ödənilən məbləğ 3 dəfə artırılıb”


 

“Aztəminatlılara pulsuz hüquqi yardımla bağlı vəkillərə ödənilən məbləğ 3 dəfə artırılıb”<b style="color:red"></b>

“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”.

APA-nın xəbərinə görə, bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu proses davam edəcək.

F. Ələsgərov qeyd edib ki, Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.

 





04.10.2019    çap et  çap et