525.Az

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib


 

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib<b style="color:red"></b>

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
 
APA-nın məlumatına görə, qərara əsasən, xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib.
 
Beləliklə, xüsusi notariuslar “Mühasibat uçotu haqqında” qanununa əsasən işi təşkil etməli, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə  Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verməlidir.

 

 





04.10.2019    çap et  çap et