525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktybarın 5-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 





04.10.2019    çap et  çap et