525.Az

Bakı Uşaq Teatrı beynəlxalq festivalda


 

Bakı Uşaq Teatrı beynəlxalq festivalda <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq "Keeda" Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında uğurla iştirak edib.

Baş İdarədən bildirilib ki, festivalda Əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanmış "Göyçək Fatma" tamaşası nümayiş olunub. Səhnə əsərində rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov və Nicat Əhmədov ifa ediblər.

Festivalda tamaşa diplomla təltif olunub. Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.

ŞAHANƏ

 

 





04.10.2019    çap et  çap et