525.Az

Odessada "Azərbaycanın dünəni, bu günü və gələcəyi" konfransı keçirilib- Fotolar


 

Odessada "Azərbaycanın dünəni, bu günü və gələcəyi" konfransı keçirilib- <b style="color:red">Fotolar</b>

Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycanın dünəni, bu günü və gələcəyi" mövzusunda konfrans keçirilib.

525.az-ın məlumatına görə, Ukraynanın bir sıra vilayət və şəhərlərində yaşayan və təhsil alan  azərbaycanlı və ukraynalı gənclərin qatıldığı konfransı Ukrayna Azərbaycanlı Gənclər Biriliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva açaraq rəhbərlik etdiyi təşkilatın  3 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bu günlərdə Odessa şəhərində Azərbaycan Gənclər Mərkəzinin açıldığını bildirən Samirə Əliyeva müasir texnalogiya və kampyuter avadanlıqları ilə təchiz olunmuş mərkəzdə mütamadi olaraq xalqımızın qədim adət -ənənələrini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bu gün dünyanın harasında yaşamasından və təhsil almasından asılı olmayaraq  hər bir Azərbaycanlı gənc xalqımızın qədim tarixini dərindən mənimsəməklə, ölkəmizin xoş və parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verməlidir.Konfransda çıxışına bu  fikirlə giriş verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri arasında əldə etdiyi tarixi nailiyyətlərdən danışıb.
 
Beynəlxalq arenada müstəqil Azərbaycan dövlətinin imicinin qorunub saxlanılmasında gənclərin üzərinə düşən tarixi missiyadan söz açan birliyin rəhbəri  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında,  milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında qarşıda duran mühüm vəzifələrdən bəhs edib. Konfransda çixiş edən ARDNŞ-in Ukrayna nümayəndəliyinin əməkdaşı  Həzi Aslanov, UAGB –nin Odessa vilayət təshkilatının aktivistləri Ləman Məmmədova, Bulud Tanrıverdiyev, Sevinc Əzimova, Məlahət Eyyubova, Rafiq Həmidov, Salatın Xocalıyeva və digər çıxış edənlər Azərbaycanla Ukrayna arasındkı iqtisadi, siyasi, elmi, mədəni  əlaqələrinin daha da inkişaf etdirilməsi üçün gələcəkdə həyata keçiriləcək tədbirlər  haqqında geniş fikir mübadiləsi aparıblar.

 





28.10.2013    çap et  çap et