525.Az

İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib


 

İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

525.az-ın məlumatına görə, dövlət başçısı Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü münasibətilə Türkiyə rəhbərliyini və xalqını Azərbaycan xalqı və öz adından təbrik edib.
 
“Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq. Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.
 
İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcək”, - deyə təbrikdə vurğulanır.

 





28.10.2013    çap et  çap et