Bakı və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 1-dək respublika ərazisində gözlənilən sabit hava şəraiti kənd təsərrüfatı işlərinin, aqrotexniki tədbirlərin aparılması üçün əsasən əlverişli olacaq. Bu cür hava şəraiti yetişmiş meyvə və tərəvəzin yığılması üçün də münasib olacaq.
çap et