525.Az

Türkiyə Mübariz Mənsimovu milyarderlər siyahısından sildi


 

Türkiyə Mübariz Mənsimovu milyarderlər siyahısından sildi<b style="color:red"></b>

Türkiyənin “Ekonomist” jurnalı bu ölkənin ən zəngin 100 ailəsinin siyahısını açıqlayıb. Amma “Palmali” Şirkətlər Qrupunun sahibi, Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovun həmin siyahıda adı yoxdur.

“Palmali” Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu məsələyə aydınlıq gətirib. O, Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, “Ekonomist” jurnalının hazırladığı “Türkiyənin ən zəngin 100 ailəsi” sıralamasında “Palmali” Şirkətlər Qrupunun sahibi və İdarə Heyətinin sədri Mübariz Mənsimovun adının olmamasını texniki bir səhv olaraq görmək lazımdır.

“Həmin siyahıya baxdığınızda burada sərvəti 500 milyon dollar olan iş adamlarının da yer aldığını görmək mümkündür. Halbuki, Mənsimovun sərvəti 1 milyarddan çoxdur. Bu da “Forbes” jurnalının son 5 ildəki dünya sıralamasında öz əksini tapıb. Zatən belə sıralamalarda daha etibarlı və sınanmış mənbələrə istinad etmək lazımdır ki, Amerikanın “Forbes” jurnalı da bunun ən doğru ünvanıdır”.

Şirkət rəsmisi onu da bildirib ki, “Ekonomist” jurnalı texniki səhvini düzəldə bilər.

“Düşünürəm ki, “Ekonomist” jurnalı texniki səhvini düzəldə bilər. Digər tərəfdən, ola bilsin ki, jurnal əməkdaşları Mübariz Mənsimovun Azərbaycan vətəndaşı da olduğunu düşünüb, buna görə də onun adını siyahıya salmayıblar” – deyə İbrahim Nəbioğlu bildirib.

 





29.10.2013    çap et  çap et