525.Az

Azərbaycanla Türkiyə arasında e-imzanın qarşılıqlı tanınması üzrə sınaq işləri aparılacaq


 

Azərbaycanla Türkiyə arasında e-imzanın qarşılıqlı tanınması üzrə sınaq işləri aparılacaq<b style="color:red"></b>

Azərbaycanla Türkiyə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması üzrə ilkin test işləri “Bakutel-2019” sərgisi çərçivəsində əyani olaraq aparılacaq.

Bunu "APA-Economics"ə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Xatırladaq ki, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel-2019") dekabrın 3-6-da təşkil olunacaq.

 





21.10.2019    çap et  çap et