525.Az

Moskvada daha bir bazar bağlandı - 200 azərbaycanlı işsiz qaldı


 

Moskvada daha bir bazar bağlandı - <b style="color:red">200 azərbaycanlı işsiz qaldı</b>

Dünən Moskvada azərbaycanlıların çalışdığı daha bir bazar bağlanıb. Butova bazarında işləyən azərbaycanlılar 'Orxan Zeynalov tək Şerbakovu öldürmədi, o bizim hamımızı öldürdü' deyə hadisəyə münasibət bildiriblər.

Modern.az-ın məlumatına görə, adı çəkilən bazarın bağlanması nəticəsində 200-ə yaxın azərbaycanlı işsiz qalıb. Ticarət obyektinin  bağlanma səbəbini bazarın yerində yeni ticarət mərkəzinin tikiləcəyilə izah ediblər.

Bazarda işləyən azərbaycanlılar isə buna inanmadıqlarını deyiblər.

Butova bazarı bağlanandan sonra işsiz qalan Namaz Qədirov Modern.az-a deyib ki, bu, artıq 4-cü ticarət obyektidir ki, əsassız səbəb göstərilərək qapadılır və yüzlərlə azərbaycanlı işsiz qalır.

'Heç olmasa bizi aldatmasınlar, bilək ki, əlimizdəki mallarla neyləyək”.

Hazırda bazarda işləyən həmyerlilərimiz satdıqları malları ticarət obyektindən daşımaqla məşğuldular.

 





30.10.2013    çap et  çap et