Noyabrın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımın klub rəhbərliyində görmək istədiyi azərbaycanlı iş adamının adı məlum olub.
Qol.Az-ın məlumatına görə, Türkiyənin "Sabah" qəzeti iddia edib ki, A.Yıldırımın yanına gətirmək istədiyi şəxs "Krokus" şirkətinin sahibi Araz Ağalarovdur.
O, həmyerlimizi rəhbərliyə gətirməklə klubu maliyyə cəhətdən gücləndirmək niyyətindədir.
çap et